Salyanda avtomobil 54 yaşlı qadını vurub

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Kərimova Mənsurə Pənah qızı yolda gedən zaman naməlum minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az