Müharibə hər an başlaya bilər - Açıqlama

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin, o cümlədən, ordunun zirehli texnikasının təlimlərə cəlb olunması barədə politoloq Elxan Şahinoğlu açıqlama verib.

Məqsəd ordunu hazırlamaq, ehtiyyat qüvvələrinin mümkün savaşda fəaliyyətini yoxlamaqdır:

"Çünki müharibə hər an başlaya bilər. Ermənsitan təxribatlarından əl çəkmir. İşğal altındakı ərazilərdə məskunlaşdırma siyasəti həyata keçirir. Verilən məlumatlara görə, Dağlıq Qarabağa PPK terrorçuları yerləşdirilir. Bütün bunlar təbii ki, müharibə ehtimalını artırır.

Müharibə ehtimalı artdıqca hər iki tərəf insan resuslarını qiymətləndirir. Ermənistan muzduları toplamağa çalışır, hərbi mükələffiyət haqqında qanuna dəyişiklik edir. Azərbaycan isə Türkiyə ilə hərbi əməkdaşlığı, hərbi təlimləri davam etdirir. Eyni zamanda ehtiyatda olan zabitlər və hərbi heyətin orduya çağrılması müharibəyə hazırlıq istiqamətlərindən biridir. Hərbi texnikalar da sınaqdan keçməlidir. Azərbaycan son illər xeyli hərbi texnikalar alıb. Bunlar hamısı müharibə başladığı anda işlək vəziyyətdə olmalıdır". (Sonxəbər)

pia.az