Həbsdə olan sabiq rəis məhkəməyə gətirilib - Yenilənib

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov məhkəməyə gətirilib.

PİA.az-ın məlumatına görə, hazırda Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə F. Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılır.(APA)

***

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət verib.

PİA.az-ın məlumatına görə, onun vəsatətinə bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında baxılacaq.

Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.(APA)

pia.az