Məhəmməd cavad Zərif Türkiyəyə səfər edəcək

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, səfər sentyabrın 22-də baş tutacaq.

M.C.Zərif İstanbulda İran, Qətər və Türkiyə XİN rəhbərlərinin üçtərəfli iclasında iştitak edəcək. İclasda 3 ölkə arasında əməkdaşlıq perspektivləri, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, M.C.Zərifin sentyabrın 24-də isə Rusiyaya səfəri planlaşdırılır.

pia.az