QUDAL təşkilatı: “İlham Əliyev dünyada ən yaxşı prezidentdir“

Redaksiyamızın ünvanına QUDAL – QUality meDAL, Beynəxalq ICERTIAS – International Certification Association təşkilatında daxil olan məktubda göstərilir ki, İlham Əliyev dünyada ən yaxşı prezident seçilib.
Məktubun sərlövhəsi məhz bu cürdür:İlham Əliyev dünyada ən yaxşı siyasətçi kimi seçilmişdir   Daha sonra göstərilir ki, İsveçrə təşkilatı olan ICERTIAS tərəfindən Azərbaycanda keçirilən ilk QUDAL – Keyfiyyət Medalı sorğusunda dünyada ən yaxşı siyasətçinin kim olması barədə verilən sualı Azərbaycanlı vətəndaşlar belə cavablandırmışlar: İlham Əliyev Qeyd olunur ki, sorğu azərbaycanlı vətəndaşlar arasında və bu ilin may ayında 15 yaşdan yuxarı 1 200 Azərbaycan vətəndaşı arasında keçirilib.  Verilən informasiyaya görə, respondentlərə ünvanlanan sual belə olub:  “Sizcə, hal-hazıırda dünyada ən yaxşı siyasətçi kimdir?”  Respondentlərin əksəriyyətinin bu suala cavabı belə olmuşdur - “İlham Əliyev”.Təşkilat qeyd edir ki, İlham Əliyev həmçinin, ən yaxşı yerli siyasətçi kateqoriyasında da ən yüksək səs sayı ilə irəlidədir. (PİA.AZ)