Günahımı bağışla

Günahımı bağışla

ocaq sönməyib hələ,qaytar, külü yerinə;indi tikan əkirlər,qönçə gülün yerinə;

yalan çıxır nağıllar;sular tərsə axırlar;gəlib dolur yağılar,bizim elin yerinə;

bağçalara sar gəlib,bir də gördüm, yar gəlib;saçlarına qar gəlib,siyah telin yerinə;

bulud yaxasın açdı,saçı qulac-qulacdı;yolun bir yanı uçdu,axdı selin yerinə;

vurdu yağış-çən məni,üzdü işgəncən məni; bir də, təkcə sən məni,qoyma dəli yerinə;

ömür-yırda-yığışda,yıxıldım, yor-yoxuşda;günahımı bağışla,gəlim ölüm, yerinə.

Nazim Əhmədli

pia.az