"Peyğəmbər" yoxsa "baş redaktor"? - Lənkəranda peyğəmbər olduğunu iddia edən gənc bibisini öldürdü - Video

Lənkəranda şəxs atası ilə birlikdə öz bibisindən 3 min manat pul alaraq, ona zob xəstəliyini şəfalı əlləri ilə müalicə edəcəyini vəd edib.

PİA.az-ın xəbərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, həmin şəxs iddia edib ki, ona peyğəmbərlik verilib.

O, “müalicə” məqsədilə bibisinin boğazını sıxıb, qadın hadisə yerindəcə keçinib.

Sonra da “Mən qeybə çəkilirəm, sonra zühur edəcəyəm” deyərək yoxa çıxıb.

O, hazırda axtarışdadır.

Qeyd: Həmin şəxsin saytlardan birinin baş redaktoru olduğu iddia edilir.(Pravda.az)

pia.az