“Qarabağ” - “Neftçi” matçını idarə edəcək hakim bəlli oldu

Azərbaycan Premyer Liqasının III turunda sabah keçiriləcək son iki oyuna təyinatlar açıqlanıb.

AFFA-dan verilən məlumata görə, “Zirə” – “Sabah” matçı İnqilab Məmmədova, “Qarabağ” – “Neftçi” görüşü isə FIFA referisi Əliyar ağayevə həvalə olunub.

20 sentyabr (bazar)

 “Zirə” – “Sabah”

 Zirə İdman Kompleksinin stadionu. Saat 18:00

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Qarabağ” – “Neftçi”

“Azersun Arena”. Saat 20:15

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

pia.az