Sumqayıtda elektrik qutusunu təmir edən usta öldü

Sumqayıtda 39 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

PİA.az Report-a istinadən xəbər verir ki, Sumqayıt Yüksək Gərginlikli Elektrik Yarımstansiyasında elektrik qutusunda təmir işləri görən 1981-ci il təvəllüdlü Kənan Ağayevi elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

pia.az