Sumqayıtda küçədə meyit tapılıb

Sumqayıtda meyit tapılıb.

Hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Küçələrdən birində meyiti tapılan şəxsin, 1979-cu il təvəllüdlü Abbasov Nail Müqabil oğlu olması müəyyən edilib. Onun narkotik istifadəçisi olduğu bildirilir. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(apa)

pia.az