Əli Həsənovun oğlunun qəribə hobbisi - Qızıl unitazlardan istifadə edir

Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənovun qəribə hobbisi üzə çıxıb.

Şamxal Həsənovun ətrafında olan şəxslərdən Demokrat.az-a bildirilib ki, Əli Həsənovun oğlu bahalı unitazlardan istifadə etməsi ilə tanınır.

Mənbənin sözlərinə görə, Şamxal Həsənov Xəzər TV-də işlədiyi dövrdə otağında yerləşən ayaqyolunda qızıl suyuna çəkilmiş bahalı unitaz quraşdırıbmış.

O, Xəzər TV-dən ayrılandan sonra isə həmin unitazı özü ilə aparıb. Həmin vaxtı televiziyada çalışanlar da buna şahid olublar.

Hazırda Şamxal Həsənovun Dubaydakı villasında da qızıldan olan unitazdan istifadə etdiyi deyilir.

pia.az