Bakıda Universitet professoru vəfat etdi - Foto

Azərbaycan Texniki Universitetinin (AzTU) "Azərbaycan dili və pedaqogika” kafedrasının professoru Əzizə Mikayılova uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Universitetin mətbuat xidmətindən bildirilib.

Əzizə Mikayılova 1984-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2001-2005-ci illərdə AzTU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib.

2005-ci ildən dosent vəzifəsinə seçilib.

AzTU-nun rəhbərliyi və kollektivi Əzizə Mikayılovanın vəfatından kədərlənib, yaxınlarına səbr diləyib.(yenisabah)

Allah rəhmət eləsin!

pia.az