Siyəzəndə yük maşını aşıb, sürücü ölüb

Bu gün Siyəzən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Siyəzən-Alxanlı yolunda qeydə alınıb. Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Ramin Nəcəfovun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.(APA)

pia.az