Əfqanıstanda “taliblər” polislərə hücum edib - Ölənlər var

Əfqanıstanda radikal "Taliban" hərəkatı silahlılarının hücumu nəticəsində azı 5 polis həlak olub.

PİA.az xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Məlumata görə, hadisə Kapis əyalətində baş verib.

Telekanalın yerli polisin mətbuat xidmətinin rəhbərinə istinadən məlumatında bildirilir ki, hücum zamanı habelə 7 polis yaralanıb. (Report)

pia.az