Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi

Həbsdə olan müsavatçı Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir.

PİA.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi "Facebook"da məlumat yayıb. "Tofiq Yaqublu indilərdə "City Hospital"a gətirilir", - deyə o bildirib.

Qeyd edək ki, T.Yaqublu artıq 11 gündür aclıq etdiyini açıqlayıb.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. T.Yaqublu ittihamları qəbul etmir və ədalətsiz hökmə etiraz olaraq aclıq edir.

O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

Hökmdən apelyasiya şikayəti verilib.

pia.az