“İdman etmirəm və pəhriz saxlamıram” – Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva koronavirusdan qorunma yollarını açıqlayıb.

Sənətçi bu haqda "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, tez-tez analiz verir:

"İmmunitetim zəifdir, tez-tez xəstələnirdim. İndi isə 1 ildir qrip olmuram. Anam deyir ki, nəsə korona girəndən xəstələnmirsən. Tez-tez zəncəfil və ballı çay içirəm. Anam və xalam şəkərdir. Ona görə tez-tez analiz verir, yoxlanıram. İstəmirəm ətrafıma nəsə olsun. Axır vaxtlar idman etmirəm və pəhriz saxlamıram. Bədənim artıq öz formasını tutub. Nə yesəm də, bədən artıq formasını alıb".

pia.az