Polis və hərbi maşınlar AMEA Rəyasət Heyəti binasını dövriyyəyə aldı - Foto, Yenilənib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin inzibati binasının qarşısında polis maşınlarının toplanılmasının səbəbi məlum olub.

Bu gün saat 15:00-da Azərbaycan Konstitusiya Məhkəməsinin qarşısında bir qrup şəxs tərəfindən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu ilə bağlı icazəsiz aksiya keçirilməsi planlaşdırılır.

Aksiya ilə bağlı məlumatı NİDA hərəkatının üzləri Qiyas İbrahimov verib.(pravda.az)

***

Polis və hərbi texnika Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) inzibati binasını dövriyyəyə alıb.

Sfera.az nəyin baş verdiyini dəqiqləşdirə bilməsə də ərazidən çəkilmiş fotolar əldə edib.

Həmin fotoları təqdim edirik:

pia.az