İran sabah genişmiqyaslı hərbi təlimə başlayır

İran ordusu sentyabrın 10-da “Zülfikar-99” adlı genişmiqyaslı hərbi təlim keçirəcək.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin koordinatoru admiral Həbibullah Səyyari sentyabrın 9-da keçirdiyi mətbuat konfransında bildirib.

“İran İslam Respublikası ordusunun quru, dəniz və hava qüvvələrinin iştirakı ilə “Zülfikar-99” adlı genişmiqyaslı hərbi təlimə sabah başlanacaq”, - o bildirib.

Onun sözlərinə görə, təlim Hörmüz boğazı, Makran sahilləri, Umman dənizi və Hind okeanının şimal hissəsində iki milyon kvadrat kilometrlik sahədə keçiriləcək.

pia.az