“Ən böyük problemləri inandırıcı olmamalarıdır” - ReAl partiyasının funsioneri hakimiyyəti qınadı..

“Köhnə sistem işləmir, yeni sistem isə hələ qurula bilmir, deməli yeni ictimai sazişə əsas yaranıb”.

PİA.az xəbər verir ki, bu sözləri ReAl partiyasının isra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə yazıb. Siyasətçi hesab edir ki, hakimiyyətin söylədikləri ilə elədikləri üst-üstə düşmür:

“Prezident və onun komandası anlamalıdırlar ki, ən böyük problemləri inandırıcı olmamaları, hekayələrinin tutmamasıdır. Bir tərəfdən bəyan edirlər ki, ölkədə siyasi yumşalma olmalıdı – digər tərəfdən AXCP üzvlərini həbs edirlər, bir tərəfdən deyirlər ki, Qarabağ bizim üçün əsas məsələdir – digər tərəfdən Qarabağ Qazisi Tofiq Yaqublunu biabırçı şəkildə iş tikirlər, bir tərəfdən deyirlər ki, iqtisadiyyat liberallaşmalı, dövlətin iqtisadiyyatda rolu, büdcənin yükü azalmalıdır – digər tərəfdən gömrük qaydalarını absurdcasına sərtləşdirilir, taksi xidmətində dövlətləşməyə cəhdlər olur, dövlət iqtisadiyyatda hegamonluğunu artırmaq çün yeni monstr təşkilat - İnvestisiya Holdinqi yaradılır.

Əsas məsələ inandırıcılığın olmamasıdır, siyasi və iqisadi sistemə toplumun inansızlığının pik nöqtəyə çatması böyük fəlakətlərə yol aça bilər. Tarix həmişə sübut edir ki, belə situasiyalarda mütləq yeni ictimai sazişə ehtiyac yaranır – bu məqamı vaxtında tutan millətlər sonra böyük sürətlə inkişafa qədəm qoyurlar, məqamı buraxanlar isə xaosa, ya da 1917-cu ildə dünyay bəla olan bolşevizmlə üzləşib onillərlə tarixin məntiqi inkişafına mane olurlar.

Bizdə indi əsl məqamdı – köhnə sistem işləmir, yeni sistem isə hələ qurula bilmir, deməli yeni ictimai sazişə əsas yaranıb. Belə...”.

pia.az