Salyanda avtomobil aşdı: Xəsarət alan var

Salyanda baş vermiş avtomobil qəzası nəticəsində bir nəfər xəsarət alıb.

Report xəbər verir ki, hadisə gecə saatlarında Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Əmənov Tariyel Yadigar oğlu “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb.

Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

T.Əmənov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az