Gələn ay istehsalı dayanacaq iPhone modellərinin siyahısı açıqlanıb

Apple eyni anda üç populyar iPhone modelinin istehsalını dayandırmağı planlaşdırır. Modellər iPhone 12 buraxıldıqdan sonra satışdan çıxacaq.

Bildirilir ki, iPhone 11 Pro, iPhone 11 Pro Max və iPhone XR modellərinin istehsal və satışı dayandırılacaq. Bu seriyada ən populyar olan iPhone 11-dir. Ancaq məlumat insayderlərdən gəlir və hələ də rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, iPhone 12-nin təqdimatı Sentyabr ayına planlaşdırılıb.

pia.az