Lalə Şövkətdən xəbər var

Bir neçə gün bundan əvvəl əməliyyat olunan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhəti yaxşılaşmağa doğru gedir.

Bu barədə onun oğlu Sidqi Şövkət məlumat verib. O bildirib ki, hazırda anası xəstəxana şəraitində müalicəsinə davam edir: “ Xəstəxanadan evə nə zaman buraxılacağı hələ bilinmir. Vəziyyəti isə əməliyyatın ağırılığına görə adekvat şəkildə dəyişir”.

Qeyd edək ki, L. Şövkət yoğun bağırsağında yaranmış şişə görə əməliyyat olunub. (Qafqazinfo)

pia.az