Yaponiya və ABŞ-ın Müdafiə nazirləri görüşüblər

Cənubi və Şərqi Çin dənizlərində vəziyyəti müzakirə ediblər...

Avqustun 29-da Quam adalarında Yaponiya və ABŞ-ın Müdafiə nazirləri Taro Kono və Mark Esper ABŞ ilə Çin arasında gərginliyin artması fonunda müzakirələr aparıblar. Bu, nazirlərin yanvardan bəri keçirdiyi ilk birbaşa görüş olub.

Azərtac Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbi-hava qüvvələrinin “Andersen” bazasında keçirilən görüş zamanı Cənubi və Şərqi Çin dənizlərində vəziyyətlə bağlı məsələ də gündəliyə daxil edilib.

Eyni zamanda, nazirlərin Tokionun iyunda “Aegis Ashore” yerüstü raketdən müdafiə sistemlərini yerləşdirməsi təklifindən imtina etməsindən sonra Yaponiyanın Şimali Koreyanın raketlərindən müdafiəsinin təşkil istiqamətində müzakirələr apardığı da qeyd edilib.

Bundan əlavə, görüş zamanı bu müttəfiq ölkələr arasında kosmosda, kiberməkanda əməkdaşlıq və radioelektron bombalar barədə məsələlərə toxunulub.

pia.az