Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 29-na olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 384 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 910 890 test aparılıb. Onlardan 35 174-nün cavabı pozitiv çıxıb. İndiyədək 529 nəfər COVID-19-dan dünyasını dəyişib, 33 576 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2069 nəfərdir. 140 nəfər reanimasiyada, 16 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 188 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 115 pasiyent sağalıb.

pia.az