Ucarda azyaşlı 5-ci mərtəbədən yıxılıb

Ucar rayonunda azyaşlı binadan yıxılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 22 radələrində məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verib.

Əmisi evinə qonaq gedən və nəzarətsiz qalan 3 yaşlı Fərhan Qədimov 5-ci mərtəbədən yıxılaraq müxtəlif növ bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

F.Qədimovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az