Ronaldunun qolu Çempionlar Liqasında bu mövsümün ən yaxşısı seçildi - Video
UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün ən yaxşı qolu ilə bağlı azarkeşlər arasında keçirilən səsvermənin nəticələri açıqlanıb.
“Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldu bu nominasiya üzrə qalib olub.
Sorğuda iştirak edənlərin 400 000-dən çoxu portuqaliyalı hücumçunun 1/4 final mərhələsinin cavab oyununda (2:1) Fransa “Lion”unun qapısından sol ayağı vurduğu qolu ən yaxşı hesab edib.
İlk beşliyi təqdim edirik:
1.Kriştianu Ronaldu
2. Marsel Sabitzer
3. Juan Kuadrado
4. Luis Suares
5. Serje Qnabri (oxu.az)
pia.az