Xaçmazda evlərdən 7 min manatlıq oğurluq edildi

Xaçmazda bir neçə evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 889 manat pul, 6 100 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Süleymanov saxlanılıb.

pia.az