Ceyhun Bayramov: “Ermənistan-Azərbaycan sərhədində vəziyyət qeyri-sabit olaraq qalır”

Bu ilin iyul ayında baş vermiş sərhəd münaqişəsindən sonra Azərbaycan və Ermənistan sərhədində vəziyyət  qeyri-sabit olaraq qalır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

"Hərbi baxımdan vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir", - deyə, azərbaycanlı nazir vurğulayıb.

Azərbaycan XİN başçısı regionda təhlükəsizliyin təmin olunması və təxribatların qarşısının alınması üçün işğalçı qoşunların Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasının vacibliyini qeyd edib.

pia.az