Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb...

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 4890 koronavirus testi edilib. Onlardan 152-si pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 878 667-yə çatıb.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 181 nəfərdir. Onlardan 21 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 1803 nəfər aktiv koronavirus xəstəsi var.

pia.az