Hadı Rəcəblinin nəvəsinin nikah mərasiminin görüntüləri yayıldı - Video

Bir neçə gün əvvəl sabiq millət vəkili Hadı Rəcəblinin nəvəsinə toy mərasimi təşkil etməsi ilə xəbərlər yayılmışdı. 

PİA.az Yenisabah.az-a istinadən xəbər verir ki, sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçirildiyi bildirilirdi. 

Hazırda həmin nikah mərasimində çəkilmiş video sosial şəbəkələrdə paylaşılır. Videogörüntülərdə tibbi maska şəxsin görüntüsü sübut edir ki, çəkiliş karantin dövrünə təsadüf edir. 

Həmin görüntüləri təqdim edirik:

pia.az