Lalə Şövkətin səhhətində ciddi problem yaranıb

“Azərbaycan Liberal Partiyasının (ALP) lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb. O, ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir”.

“AzPolitika.info xəbər verir ki. bunu ALP sədri Əvəz Temirxan bildirib.

“Biz, Liberal Partiyanın üzvləri Azərbaycan siyasətində dürüstlük və mərdlik simvoluna çevrilən Lalə Şövkət xanıma şəfa diləyirik. Biz hamımız bu günlərdə Allaha dua edirik ki, bu çətin sınaqdan uğurla keçsin. Biz, Lalə Şövkət xanıma ancaq lider kimi yox, həm Ana kimi baxırıq, ona görə sevgimiz və bağlılığımız çox güclüdür. Allah onu bizə bağışlasın!”-deyə Ə.Temirxan sosial şəbəkədki hesabında yazıb.

pia.az