Səudiyyə Ərəbistanı İsrail qərarını açıqladı

Səudiyyə Ərəbistanı Fələstinlə sülh imzalanana qədər İsrail ilə diplomatik əlaqələrin bərpa edilməyəcəyini açıqlayıb.

PİA.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri şahzadə Fəysal ibn Fərhad məlumat verib.

Fəysal ibn Fərhad Berlin səfəri zamanı həmkarı ilə keçirilən mətbuat konfransında çıxış edib:

"Krallıq, İsrailin Fələstin torpaqlarını ilhaq etmək üçün hər hansı bir təktərəfli hərəkətinin iki dövlətli həll yolunu baltaladığını düşünür”.

O, Səudiyyə Ərəbistanının İsrail ilə diplomatik əlaqələrin qurulmasının sadəcə bir yolu olduğunu vurğulayaraq “İsrail ilə əlaqələrin normallaşması Fələstin xalqı ilə sülh bağlamaqdır. Bu, baş tutsa, hər şey mümkündür”, - deyə qeyd edib.(MediaPost)

pia.az