Çempionlar Liqasının oyunu koronavirusa görə təxirə salındı

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün keçirilməli olan “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya) görüşü baş tutmayıb.

"Report"un məlumatına görə, qonaq komandanın bir futbolçusunda və əməkdaşında koronavirus aşkarlandığı üçün görüş təxirə salınıb.

Qarşılaşma avqustun 21-də oynanılacaq.

pia.az