"Kollektiv immunitet xilasımız deyil" - ÜST

“Hal-hazırda biz xəstəliyin qarşısını ala biləcək immunitetə malik deyilik”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bildirib.

“Biz kollektiv immunitetin xilasımızın olmasına deyil, virusun yayılmasını əngəlləməyə köklənməliyik. Çünki kollektiv immunitet məsələnin həlli deyil”, - o vurğulayıb.

pia.az