Bakı-Sumqayıt yolunda motosiklet piyadanı vurdu

Bakı-Sumqayıt yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Ekologiya postu"nun yaxınlığında qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Həsənov İsmət Fikrət oğlu yolu keçmək istəyərkən motosiklet onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

pia.az