Azərbaycanda ötən ay uşaqlara ən çox bu adlar qoyulub - Siyahı

Bu ilin iyul ayında doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

İyul ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindan olanlara ən çox Yusif (209), Uğur (201), Əli (171), Hüseyn (162), Məhəmməd (129), Ömər (128), Murad (115), Raul (100), Ayxan (95) və Tunar (87) adları qoyulub.

Bildirilib ki, qız cinsindən olanlara isə Zəhra (224), Zeynəb (160), Aylin (151), Məryəm (140), Fatimə (137), Nuray (124), Nilay (121), Mələk (117), İnci (112) və Ayla (104) kimi adların verilməsi üstünlük təşkil edib. (APA)

pia.az