Avropa İttifaqı liderləri Belarusla bağlı konfrans keçirəcəklər

Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları arasında Belarusdakı vəziyyətə dair videokonfrans keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Twitter” səhifəsində bildirib.

“Belarusdakı vəziyyəti müzakirə etmək üçün bu çərşənbə günü saat 12:00-da Avropa İttifaqı Şurası üzvlərinin görüşünü çağıracağam. Belarus xalqı öz gələcəyinə dair qərar vermək, öz liderini sərbəst seçmək hüququna malikdir. Etirazçılara qarşı zorakılıq yolverilməzdir və məqbul sayıla bilməz”.

pia.az