Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

“Dünya üzrə koronavirusa yoluxma sayı 21 milyondan çoxdur”.

PİA.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, Azərbaycan da bu prosesləri yaxından izləyir: “Xüsusilə Avropa ölkələrində karantin rejiminin sərtləşdirilməsi və yeni karantin qaydaları tətbiq edilir. Azərbaycanda son günlərdə rəqəmlərdə olan müsbət tendensiya bizi sevindirir. Vətəndaşların təmkinli, səbrli davranışı nəticəsində biz buna nail olmuşuq. Son günlər rəqəmlərdə cüzi artım vətəndaşların aktiv həyatından asılıdır. Ölkələrdə koronavirusun yayılma tendensiyası öyrənilərək müvafiq açılmalar həyata keçirilir. Bu, müvafiq qaydalar çərçivəsində baş verir. Bu gün də ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsi ilə bağlı qərar açıqlanıb”.

pia.az