Gədəbəydə minik maşını aşıb, xəsarət alanlar

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

PİA.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Slaviyanka kəndində qeydə alınıb.

Hərəkətə olan "Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 2 nəfər - rayon sakinləri, 1995-ci il təvəllüdlü Tural Məmmədzadə və 1997-ci il təvəllüdlü Nicat Məmmədli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, qəzaya səbəb yağışlı hava şəraiti olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

pia.az