Sevgilisini döyən aktyor “Babil”dən uzaqlaşdırıldı

Sevgilisini döyməyi ilə gündəmə gələn aktyor Ozan Güvən çəkildiyi serialdan uzaqlaşdırılıb. 

Türkiyə mətbuatı xəbər verir ki, aktyor uzun müddətdir çəkildiyi “Babil” serialının yeni sezonunda rol almayacaq. 

 “Ay Yapım” şirkəti qadına şiddətdə adı hallanan Ozan Güvənlə çalışmaq istəmədiyini bildirib. Aktyor isə günahsız olduğunu, sevgilisinə toxunmadığını bildirir.

Xatırladaq ki, sənətçi özündən 17 yaş kiçik sevgilisi ilə bir müddət əvvvəl mübahisə edib. Sözlə başlayan savaş, Ozanın qadını döyməsi ilə bitib. Aldığı zədələrdən sonra D.Bulutsuz xəstəxanaya gedərək kağız alıb və aktyoru polisə verib.

pia.az