Cem Yılmazla Serenay ayrılmadıqlarını belə sübut etdilər

Türkiyəli aktyor Cem Yılmaz və Serenay Sarıkaya ayrılıq dedi-qodusu yanlış çıxıb. 

Türkiyə mətbuatı xəbər verir ki, bir müddətdir gözlərdən uzaq olan məşhur cütlük tətildə paparazzilərə yaxalanıblar. 

Onlar Cem Yılmazın 2017-ci ildə 9 milyon lirəyə aldığı yaxta ilə Bodrumda istirahət edərkən görüntüləniblər. 

Yağış yağdığı üçün dənizə girə bilməyən cütlük vaxtlarını yaxtada keçirib. S.Sarıkayanın C.Yılmazın çiynindən öpməsi kameralara yaxalanıb.

pia.az