Qarabağ qazisi ata oldu

Qarabağ döyüşlərinin qazisi kapitan Fərhad Əyyubov ata olub.

PİA.az -ın məlumatına görə, ötən gün onun oğul övladı dünyaya gəlib.

Bu barədə "CARÇIOGLU GROUP" MMC-nin mətbuat xidmətinin rəhbəri Səbinə Yusif özünün facebook profilində paylaşım edib. Qarabağ Qazisi,"CARÇIOGLU GROUP" MMC-nin müşaviri Fərhad Əyyubovun oğlu dünyaya gəlib. Azərbaycana bir igid bəxş etdi Uca Yaradan!

Əzizimiz Fərhad və Fatimə sizi "CARÇIOGLU GROUP" MMC-nin rəhbəri Elçin Carçıyev və şirkətin əməkdaşları adından təbrik edirik! Balaca Araz da atası kimi Vətəninə, dövlətinə, xalqına sədaqətli oğul olsun!

Gözünüz aydın olsun!

TƏBRİK EDİRİK, FƏRHAD

Xatırladaq ki, 31 yanvar 2019-cu il tarixində cəbhənin Ağdam rayonu istiqamətində "N" saylı Hərbi Hissədə xidmət göstərən zabit kapitan Əyyubov Fərhad Rüstəm oğlu düşmən təxribatının qarşısını alarkən yaralanmış və bir ayağı ampputasiya olunmuşdur.(Mediaxeberleri.az)

pia.az