TƏBİB koronavirusla bağlı son statistikanı açıqlayıb

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) PİA.az-a verilən məlumata görə, bu gün 5015 koronavirus testi edilib. Onlardan 79-u pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 790 141-ə çatıb.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 252 nəfərdir. Onlardan 49 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 2513 nəfər aktiv koronavirus xəstəsi var.

pia.az