Jurnalist Trampı tribunanı tərk etməyə vadar etdi - Video

ABŞ Prezidenti Donald Tramp “CBS News”un jurnalistinin gözlənilməz sualından sonra mətbuat konfransını yarımçıq tərk edib.

Bu barədə “Report” xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, hadisə dövlət başçısının Nyu-Cersi ştatında çıxışı zamanı baş verib. Trampın "Veteranların seçimi" layihəsinin onun administrasiyasının xidməti olması barədə sözlərindən sonra müxbir Paula Rid prezidentin yalan məlumat verdiyini, sözügedən layihənin 2014-cü ildə qəbul edildiyini bildirib.

Tramp digər jurnalistə söz verməyə çalışsa da, P.Rid sualını təkrar edərək prezidentin sözünü kəsib.

Ardınca isə Tramp mətbuat konfransını sonlandıraraq zalı tərk edib.

pia.az