Çempionlar Liqasının 1/4 finalçıları bilindi   

UEFA Çempionlar Liqasının 2019/20 mövsümünün 1/4 final mərhələsinə yüksələn bütün klublar məlum old.

PİA.az Trend-ə istinadən bildirir ki, ötən gün 1/8 final mərhələsinin oyunları keçirilib. Almaniyanın "Bavariya" klubu cavab qarşılaşmasında İngilətərənin "Çelsi" klubunu 4:1 hesabı ilə məğlub edib (ilk oyun 3:0 hesabı ilə yekunlaşıb).

Digər oyunda İspaniyanın "Barselona" klubu İtaliyanın "Napoli" klubu üzərində 3:1 hesablı qələbə qazanıb (ilk oyun 1:1 hesabı ilə yükunlaşıb).

Beləliklə, "Bavariya" və "Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəliblər.

Qeyd edək ki, 1/4 final mərhələsində növbəti oyunlar keçiriləcək:

"Atalanta" - PSJ;"Leyptsiq" - "Atletiko";"Barselona" - "Bavariya";"Mançester Siti" - "Lion".

pia.az