Sumqayıtda dənizdə batan qadınlardan biri ölüb

Sumqayıtda bir nəfər dənizdə boğulub.

Hadisə şəhərin Sahil küçəsində fəaliyyət göstərən "Diana" istirahət mərkəzinin çimərlik ərazisində qeydə alınıb. Dənizdə çimən iki qadın batıb. Onlardan biri xilas edilib, 42 yaşlı digər qadın isə boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

pia.az