“Su problemlərinin həlli üçün vəsait ayrılacaq” - Maliyyə nazirinin müavini

“Cənab Prezidentin sərəncamı ilə su problemlərinin həlli ilə əlaqədar komissiya yaradılıb. Artıq komissiya öz təkliflərini verib və işlərə başlanılıb”.

“Report” xəbər verir ki, bunu Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı “Azərsu” ASC-yə və digər qurumlara vəsaitin ayrılması nəzərdə tutulub.

pia.az