Bakıda 25 yaşlı gənci avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Mütəllimov Dadaş Elman oğlunu vurub.

Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

pia.az