Koronavirusla mübarizədə həyatını itirən həkimlərimizin sayı artdı - Siyahı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu, mayor Teymur Cəfərov bütün səylərə baxmayaraq dünən axşam mülaicə aldığı xəstəxanada koronavirusdan vəfat edib. Teymur Cəfərovun müalicəsini birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülmüşdü. Mayor EKMO cihazına qoşulmuşdu. Təəssüf, qurtarmaq mümkün olmadı...

COVID-19 virusu ilə mübarizədə itirdiyimiz həkimlər.

1. Əhməd Şirinzadə - Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi.2. Kəmalə Dəhqani - Gəncə ş. Uşaq nevroloqu3. Kamil Əliyev - Astara MRX Cərrah4. Mehman Hüseynov - Gəncə ş. Ortoped-travamotoloq5. İbadət Ağayev - Cəlilabad TTYS6. Ceyhun Hacıyev - Bakı ş. Anestezioloq-reanimatoloq7. Faiq Yusifov - Respublika Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı.8. Fərman Süleymanov - Sumqayıt şəhər xəstəxanası9. Faiq Ağayev - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu10. Fikrət Namazov - ATU-nun Onkologiya kafedrasının onkoloqu11. Rəna Məmişova - Mingəçevir Reanimasiya Şöbəsi12. Zakir Xəlilov - Bakı ş. TTYS13. Ruhiyyə Kərimova - Bakı ş. Kardioloq14. Tahir Bababəyli - İstanbul, Başakşehir Kayabaşı mahallesi.15. Tərlan Hüseynli - Mingəçevir ş. Stomatoloq16. Surxay Quliyev - Gəncə ş TTYS17. Gülnarə Xəlilova - Mərdəkan 26 saylı Birləşmiş Xəstəxana. Pediatr.18. Cəmşid Abbasov - Gəncə ş. TTYS19. Kərəm Yaqubov - Kliniki Tibbi Mərkəz Həkim-reanimatoloq20. Ulduz Əhmədova - Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi21. Surət Abbasov - Gəncə ş. TTYS22. Fəxrəddin Məmmədov - Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası Rentgenoloq23. Qəşəm Hüseynov - Bakı ş. TTYS24. Sədaqət Həsənova - Bakı ş. N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının pediatrı25. Əlipənah Qarayev - Mingəçevir Şəhər Xəstəxanası Ortoped-Travmatoloq26. İsmayılova Aidə - Bakı ,25 saylı poliklinikada Terapiya şöbə müdiri27. Piverdi Hümbətov - Cəlilabad Qarazəncir kənd həkim məntəqə müdiri28. Cəlil Qocayev - Qazax Xanlıqlar kənd həkim məntəqəsinin həkimi29. Mətanət Atayeva - Bakı Suraxanı rayonu 23 poliklinada terapevt30. Valiyə Peykər - Bakı 7 saylı doğum evi cərrah mama-ginekoloq31. Təranə Quliyeva - Bakı 5 saylı poliklinika32. Səfərova Zərifə - Bakı Elmi Tədqiqat Pediatriya İnsitutunun həkimi33. Xasay Bayramov - Sumqayıt Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından həkim34. Tofiq Əliyev - Bakı Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından həkimi

Bütün həkimlərimizə, o cümlədən COVID-19 virusundan vəfat edən digər tibb işçilərimiz və vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.(dominant.az)

pia.az