Pakistan Əfqanıstan ərazisinə artilleriya zərbəsi endirdi - Ölənlər var

Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində Pakistanın artilleriya zərbəsi nəticəsində 9 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha 50 nəfər yaralanıb.

Qeyd olunur ki, Pakistan artilleriyası iki ölkə sərhədində yerləşən Spin-Boldak rayonuna zərbələr endirib.

Əfqanıstan ordusunun qərargah rəisi Yasin Ziya analoji addımların atılması üçün hazırlıq əmri verib.

pia.az